Dünən gecə 5-dən çox pilotsuz təyyarə İran ərazisinə daxil oldu - S-300 onları vura bilmədi

Dünən gecə 5-dən çox pilotsuz təyyarə İran ərazisinə daxil olub.

KONKRET.az xəbər verir ki, İran mənbələri ötən gecə 5-dən çox pilotsuz təyyarənin İran ərazisinə daxil olduğunu təsdiqləyib. İranın “Bavar 373” raket kompleksi və Rusiyanın “S-300” raket kompleksi onların heç birini vura bilməyib.
Daha sonra PUA-lar Natanz obyektinə yollanıb. İHA-lar obyektin üzərində 40 dəqiqə uçub. Pua-ların hansı ölkəyə məxsus olması dəqiq olmasa da, təxmin edilir.

PUA-lara atəş açıldıqdan sonra raketlər obyektin yaxınlığındakı kəndlərə düşüb.
Hava Hücumundan Müdafiə Sistemləri tərəfindən atılan PUA-lar uzun mübarizələrdən sonra obyektin yaxınlığında düşüb.
Hadisə zamanı İran ordusunun elektron döyüş sistemindən istifadə etməsi ətrafdakı şəbəkələrin dağılmasına səbəb olub.
İranlı mənbələr Rusiyanı tənqid edərək, S-300 sistemlərinin bütün hissələrinin çatdırılmadığı üçün onun hava sahəsinə daxil olan İHA-ları vura bilmədiklərini bildirib.

Xuraman Etibarlı

konkret.az

ƏVVƏLKİ XƏBƏR

“Taliban” liderlərinin maaşı və Əfqanıstandakı minimum əməkhaqqı

SONRAKI XƏBƏR

Xərçəng riskini artıran hallar məlum oldu