“Politico” nəşri “İlin xəyalpərəsti”ni seçib.
Bu nominasiyaya Ukrayna Prezidenti Volodimir Zelenski uyğun görülüb.
Qeyd edək ki, bundan əvvəl nəşr 2023-cü ilin ən nüfuzlu siyasətçilərinin reytinqi ilə intriqa yaratmış, birinci yerdən başqa bütün liderləri dərc etmişdi.
Söhbət Avropa liderləri arasında “1 nömrəli akt” nominasiyasından gedir. Belə ki, beşinci yeri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, dördüncü yeri Ukrayna Prezident aparatının rəhbəri Andrey Yermak, üçüncü yeri Fransa lideri Emmanuel Makron, ikinci yeri isə Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen tutub.
Mənbə: qafqazinfo.az