“ABŞ sülh istəyirsə, Moskvaya yox, Kiyevə üz tutmalıdır"

“ABŞ sülh istəyirsə, Moskvaya yox, Kiyevə üz tutmalıdır"

“Ukrayna ilə 2024-cü ildə belə atəşkəs əldə olunmayacaq”.

Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov  müsahibəsində deyib.

Onun fikrincə, Ukraynadakı hərbi münaqişə sülh sazişinin imzalanması ilə deyil, Rusiya xüsusi əməliyyatının bütün məqsədlərinə çatması ilə bitmə ehtimalı daha yüksəkdir:

“Mən atəşkəs gözləmirəm, gözləyirəm ki, məqsədlərimizə nail olacağıq”.

S.Ryabkov bildirib ki, ABŞ sülh istəyirsə, Moskvaya yox, Kiyevə üz tutmalıdır.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna bu ilin iyununda əks-hücum əməliyyatları keçirir.

Rəsmi Kiyevin mövqeyinə görə, Ukraynanın ərazi bütövlüyü tam təmin olunmadan müharibə başa çatmayacaq. Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl bildirmişdi ki, Qərb dəstəyi dayandırsa, ölkəsi geri çəkiləcək.

Mənbə: bizim.media