Türkiyə Ermənistanla sərhədi niyə açır? - “Azərbaycanın marağına uyğundur“

Türkiyə ilə Ermənistan arasında hava əlaqəsinin yaradıması ilə bağlı xəbərlər öz təsdiqini tapmaqdadır. Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu yaxın vaxtlarda İstanbuldan İrəvana uçuşların olacağını təsdiqləyib. Qeyd edək ki, bu məsələ artıq bir neçə gündür ki, sosial şəbəkələrdə geniş müzakirə olunur. İnsanlar bu suala cavab tapmağa çalışırlar: Türklər düşmən, üstəlik kasıb Ermənistana niyə gedir?

İstanbul İrəvan-İrəvan-İstanbul təyyarə reysinin açılması kimin marağına daha çox uyğundur? Burda qazanan Ermənistan olacaq, yoxsa Türkiyə?

Mövzu ilə bağlı Yenisabah.az-a açıqlama verən iqtisadçı Eldəniz Əmirov bildirib ki, Türkiyə və Ermənistan arasında əlaqələrin normallaşması barədə verilən anonslar, müəyyən razılaşmalar gündəmdə olan əsas məsələlərdən biridir:

“Mən bu halı müsbət addım kimi qiymətləndirirəm. Regionda yeni münasibətlər formalaşır, bu münasibətlərin də formalaşması üçün iqtisadi əlaqələrin yaradılması mütləqdir. Bilirik ki, Zəngəzur dəhlizinin açılması istiqamətində ciddi işlər gedir, regionda kommunikasiya əlaqələrinin yaradılması prioritet məqsəd olaraq qarşıya qoyulub. Eləcə də, Azərbaycanın Ermənistanla münasibətlərinin normallaşmasında böyük sülhə imza atması istiqamətində atdığı addımlardan biri də məhz Türkiyə və Ermənistan arasında ilkin mərhələdə müəyyən danışıqların, o cümlədən də, hava nəqliyyatının açılması ilə bağlı razılıqların əldə olunmasıdır. Mən düşünürəm ki, bu bir zərurətdir, çünki Ermənistan tərəfinin Azərbaycanın ərazi bütövlüyünün tanıması üçün təkcə müharibənin nəticələri kiafayət deyil. Eyni zamanda razılaşmanın əldə olunması üçün mütləq şəkildə Türkiyə tərəfindən də hansısa addımlar atılmalıdır. Böyük sülh müqaviləsini imzaladıqdan sonra sərhədlərin bərpası, kommunikativ əlaqələrin təminində əsas region üzrə qlobal rol oynayacaq Zəngəzur dəhlizini işlək vəziyyətə salınması üçün məhz Türkiyə və Ermənistan arasında da hansısa bir əlaqələrin qurulmasına, sərhədlərin açılmadığı təqdirdə belə hava nəqliyyatının hərəkət təmininə bir ehtiyac vardır.”

İqtisadçı onu da qeyd edib ki, Ermənistan tərəfində sərhəddi biz boşaldırıq, ərazimizdən Zəngəzur dəhlizinin açılmasına şərait yaradırıq. Türkiyənin Orta Asiya çıxışını Erəmənistdan üzərindən, Zəngəzur dəhlizi üzərindən biz həyata keçiririk:

“Ermənistan üçün Türkiyə nə edir? Bu suallar veriləcəyi təqdirdə, cavab olaraq da, bəli, Türkiyə Ermənistan üçün hava nəqliyyatını açacadır. Bu isə strateji və düzgün bir qərardır. Növbəti prosseslərdə Ermənistan öz öhdəliklərini yerinə yetirmədiyi təqdirdə, hansısa problemlər yaradacağı təqdirdə, hava məkanın qapanması da Tükiyə üçün asan bir məsələdir.

Regionda dayanqlı sülhə, kommunikativ əlaqələrin tamamilə bərpasına və iqtisadi inkişafa nail olmaqda ötürü hər dövlət nələrisə müəyyən həcmdə etməlidir. Məhz bu kontekstdə də,bütün bunlara nail olmaq üçün Türkiyə öz hava məkanını Ermənistanın üzünə açmaqla başlayır.”

Ayzel

Yenisabah.az

ƏVVƏLKİ XƏBƏR

Özgə Ulusoyun güldürən vərdişi

SONRAKI XƏBƏR

“Almanların Azərbaycanı bağışlaya bilmədikləri bircə şey var”