Qazaxıstandakı qırğız sülhməramlılar geri qayıdıblar

Qazaxıstandakı qırğız sülhməramlılar geri qayıdıblar

Bişkek, 14 yanvar, АZƏRTAC

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində yanvarın 7-də Qazaxıstana göndərilən 150 nəfərlik qırğız sülhməramlıları Almatıdan Tokmok şəhərinə - dislokasiya olunduqları hərbi hissəyə qayıdıblar.

AZƏRTAC Qırğıızıstan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, sülhməramlılarla birlikdə Qazaxıstana göndərilən 19 hərbi texnika da geri qaytarılıb.

Məlumatda qeyd olunub ki, qırğız sülhməramlıları bu günlər ərzində Almatıdakı strateji obyektlərin mühafizəsini həyata keçirib, iğtişaşların qarşısının alınmasında iştirak etməyiblər.

 

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Bişkek

Mənbə: azertag.az