Zelenski azərbaycanlıları təltif etdi

Zelenski azərbaycanlıları təltif etdi

Ukrayna Prezidenti Volodimir Zelenski 3 Azərbaycan vətəndaşını orden və medalla təltif edib.

“Report”un Şərqi Avropa bürosunun Ukrayna Prezident Ofisinin mətbuat xidmətinə istinadən məlumatına görə, Zelenski bununla bağlı sərəncamı bu gün imzalayıb.

Sərəncama görə, Qasımov Mehralı Süleyman oğlu və Məhərrəmzadə Əlibala Səttar oğlu III dərəcəli “Xidmətə görə” ("За заслуги") ordeni, Kərimova Lesya Volodimir qızı isə “Əmək və qələbəyə görə” ("За працю і звитягу") medalı ilə təltif edilib.

Mənbə: report.az