Rusiya XİN Azərbaycan səfirini ABŞ-la aparılan danışıqların nəticələri barədə məlumatlandırıb

Rusiya XİN Azərbaycan səfirini ABŞ-la aparılan danışıqların nəticələri barədə məlumatlandırıb

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan səfirliklərinin rəhbərləri ilə görüşüb. Bu barədə "İnterfaks" xəbər verir.

"Diplomatik nümayəndəliklərin nümayəndələrinə yanvarın 9-13-də Cenevrə, Brüssel və Vyanada ABŞ, HATO ilə Rusiya Federasiyasının təhlükəsizliyinin beynəlxalq hüquqi təminatlarının təmin edilməsi məsələlərinə dair məsləhətləşmələrin nəticələri, eləcə də bu mövzunun ATƏT-in Daimi Şurasının iclasında müzakirəsi barədə ətraflı məlumat verilib", - Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

 

Mənbə: virtualaz.org