Fransadan etiraf: İranla danışıqların mənası yoxdur!

Fransadan etiraf: İranla danışıqların mənası yoxdur!

Yaxın gələcəkdə inkişaf perspektivi olmayacaqsa, İranın nüvə proqramı ilə bağlı Birgə Hərtərəfli Fəaliyyət Planı üzrə danışıqları davam etdirməyin mənası yoxdur.

Axar.az xəbər verir ki, bu sözləri Fransa xarici işlər naziri Jan-İv Le Drian deyib.

“Əgər nə isə baş vermirsə, danışıqlar üçün də səbəb yoxdur. Əgər danışıqlar prosesininin sürətləndirilməsi baş verməyəcəksə, sanksiyalar da ləğv edilməyəcək”, - deyə nazir bildirib.

 

Mənbə: axar.az