Türkiyəli ekspert: "Türk Dövlətləri Təşkilatını kiçiltməyə çalışırlar" - VİDEO

Ən çətin vaxtlarda Türkiyə Azərbaycanın yanında idi. Azərbaycanın inkişafı üçün Türkiyə əlindən gələn hər şeyi etdi. Arada incikliklər də oldu. Onlardan da dərslər götürüldü. Azərbaycan Ordusunun güclənməsi üçün təlimlərdə əlimizdən gələni etdik. Biz Bunu -a açıqlamasında Türkiyənin təhlükəsizlik üzrə tanınmış eksperti Abdullah Ağar deyib. O bildirib ki, bu gün güclü Azərbaycanın yanında yenə də Türkiyə var.

- Bu gün Türk Dövlətləri Təşkilatının yaranması görünür, çoxlarını rahatsız edib. Bu narahatlığın təcəssümünü biz Qazaxıstanda baş vermiş hadisələrdə müşahidə etdik. Maraqlı bir məqam isə Azərbaycanın Vətən müharibəsindən və Qazaxıstanın Azərbaycanı təbrik etməsindən sonra bu gün yaşanan hadisələrdə ermənilərin vəziyyətlə necə manipulyasiya etməsidir. Ermənilər deyirlər ki, "Qazaxıstan müharibədən sonra Azərbaycanı təbrik etsə də, biz bu gün onlara yardıma getdik". Sual çıxır ki, 70 əsgərlə nəyin yardımına gəliblər? Həmin o 70 əsgərin vasitəsilə Türk Dövlətləri Təşkilatını kiçiltməyə çalışırlar. Bu tipli çirkin oyunlarla heç bir şey əldə edə bilməyəcəklər. Biz Türkiyə və Azərbaycan olaraq birliyimizi İkinci Qarabağ Müharibəsində göstərdik. İki qardaş, üç qardaş, beş qardaş birləşsək, gör, nələr olar?!,- Ağar vurğuylayıb.
 

 

Azvision.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycan Türkiyə münasibətləri son 30 ilin ən parlaq dövrünü yaşayır

SONRAKI XƏBƏR

Libası ilə gecənin ən çox müzakirə edilən qonağı oldu - Fotolar