ABŞ Mişustinə və Şoyquya qarşı da sanksiyalar hazırlayır

ABŞ Mişustinə və Şoyquya qarşı da sanksiyalar hazırlayır

Rusiya rəhbərliyinə qarşı sanksiyalarla bağlı daha bir layihə təklif edilib. Respublikaçı senator Mark Rubio Rusiya qoşunlarının Ukraynaya hücumu halında Rusiya prezidenti Vladimir Putinə qarşı şəxsi sanksiyalar iqtisadi tədbirlər haqqında yeni qanun layihəsi təqdim edib.

Rubio açıqlamasında bildirib ki, qanun layihəsi "Putin və onun rejiminin şəxsi varlanması üçün Rusiya iqtisadiyyatının zəruri sektorlarına" qarşı sanksiyalar tətbiq edəcək.

"İnterfaks" xəbər verir ki, qanun layihəsinə əsasən, Rusiya prezidentinə qarşı sanksiyalarla yanaşı, baş nazir Mixail Mişustinə və müdafiə naziri Sergey Şoyquya qarşı da tədbirlər nəzərdə tutulub.

Rubio senatorları onunla işləməyə və qanun layihəsini “çox gec olmadan” qəbul etməyə çağırıb.

Bu həftənin əvvəlində Demokratlar, həmçinin Vladimir Putin də daxil olmaqla, dövlətin yüksək vəzifəli şəxslərinə qarşı sanksiyaları nəzərdə tutan Ukraynaya hücum halında Rusiyaya qarşı sanksiyalar haqqında qanun layihəsi təqdim ediblər.

virtualaz.org

Mənbə: virtualaz.org