Araik Arutyunyan Azərbaycana “sığınmaq” istəyir

Araik Arutyunyan Azərbaycana “sığınmaq” istəyir

Məlumatlara görə, Paşinyanla Araik Arutyunyanın münasibətləri pisləşib
Qarabağda separatçı-terrorçu rejimin “başçısı” Araik Arutyunyan özünü xilas etməyə çalışır.
Teref.az Publika.az-a istinadən xəbər verir ki, erməni mənbələri son dövrlər İrəvanın separatçılara siyasi dəstəyini azaltdığını və Xankəndidəki separatçı-terrorçuların taleyinin qaranlıq olduğunu yazır.
Məlumatlara görə, Paşinyanla Araik Arutyunyanın münasibətləri də pisləşib.
Separatçı “media” isə Araik Arutyunyanın Azərbaycanla əlaqələr yaratmağa çalışdığını, bu yolla özünü xilas etməyi planlaşdırdığını iddia edir.

Mənbə: teref.az