Pxenyanın raket istehsalında Rusiyanın rolu... - Zaxarova

Rusiya ABŞ Dövlət Departamentinin "Roman Alar" və "Parsek" şirkətinin Şimali Koreyanın bütün raket proqramı üçün texnologiyaların təchizatında əsas rolu barədə bəyanatını tamamilə qəbuledilməz hesab edir.

Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Zaxarova söyləyib ki, ABŞ Rusiyanın Şimali Koreyanın nüvə raket proqramına yardımı ilə bağlı əsassız ittihamlar irəli sürür.

“Bir daha əmin olduq ki, ABŞ yüksək dərəcədə antirusiya ritorikasını saxlamaq üçün reallığın qəsdən təhrif edilməsinə qədər heç nədən imtina etmir".

 

Axar.az

ƏVVƏLKİ XƏBƏR

"Beşiktaş"dan qələbə

SONRAKI XƏBƏR

Adelin məşhur klipindən nəhəng mülk satışa çıxarılıb - FOTO