Yaponiya və Fransanın müdafiə və xarici işlər nazirləri “2+2” formatında görüşəcəklər

 

Tokio, 15 yanvar, AZƏRTAC

Yaponiya və Fransanın müdafiə və xarici işlər nazirləri yanvarın ortalarında “2+2” formatında onlayn formada görüşəcəklər.

AZƏRTAC xəbər verir ki, bu barədə Kyodo agentliyi yanvarın 15-də hökumətdəki mənbələrə istinadla məlumat yayıb. Bildirilir ki, görüş zamanı nazirlər Şərqi Çin və Cənub Çin dənizlərində vəziyyəti, həmçinin Şimali Koreyanın raket və nüvə proqramlarını müzakirə edəcəklər. Bundan əlavə, nazirlərin Tokio və Paris arasında müdafiə sahəsində əməkdaşlığı gücləndirmək barədə fikir mübadiləsi aparacağı da qeyd edilir.

Xatırladaq ki, Yaponiya və Fransa nazirlərinin “2+2” formatda son görüşü 2019-cu ilin yanvarında Parisdə keçirilib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Adelin məşhur klipindən nəhəng mülk satışa çıxarılıb - FOTO

SONRAKI XƏBƏR

KTMT-nin baş katibi: "Sülhməramlıların Qazaxıstan sakinləri ilə heç bir münaqişələri olmayıb"