MKİ-dən Ukrayna ordusuna təlim: Rusiyaya qarşı...

MKİ-dən Ukrayna ordusuna təlim: Rusiyaya qarşı...

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) eks-prezident Barak Obama dövründə yaradılmış Quru Əməliyyatlar Departamentinin Ukrayna xüsusi təyinatlıları və kəşfiyyat qurumlarına bağlı qüvvələrə hərbiləşdirilmiş əməliyyatlar üzrə təlim keçdiyi iddia edilib.

Axar.az xəbər verir ki, bu barədə “Yahu Nyus” məlumat yayıb.

Bir neçə həftəlik intensivləşdirilmiş təlim silah istifadəsi, kamuflyaj və quruda naviqasiya kimi bir çox mövzuları əhatə edib.

Proqramın Rusiyanın mümkün hücumuna qarşı müqavimət əməliyyatına başlamaq üzərində qurulduğu və təlim keçmiş qrupun yaxın gələcəkdə Rusiyaya qarşı kritik rol oynayacağı ifadə edilib.

Bildirilir ki, MKİ agentləri 2015-ci ildən mütəmadi olaraq Ukraynanın şərqinə gedib və bu ölkənin ordusuna taktiki dəstək veriblər.

Mənbə: axar.az