Rus sülhməramlılarının çıxarılması davam edir

Rus sülhməramlılarının çıxarılması davam edir

KTMT tərkibində Qazaxıstana yerləşdirilən rus sülhməramlılarının çıxarılması prosesi davam edir.

Axar.az xəbər verir ki, RİA rus sülhməramlıları və hərbi texnikası yüklənmiş İl-76 və An-124 təyyarələrinin növbəti reysini həyata keçirdiyini yazıb.

Bildirilib ki, 15 İl-76 və 3 An-124 təyyarəsi sülhməramlıları İvanov və Moskva vilayətlərinə daşıyır, oradan isə qüvvələr daimi dislokasiya yerinə yollanır.

Qeyd edək ki, KTMT sülhməramlılarının çıxarılması prosesi 13 yanvarda başlayıb.

 

Mənbə: axar.az