Kanadanın XİN başçısı Ukraynaya gəlir, səfər 6 gün davam edəcək

Kanadanın xarici işlər naziri Melani Joli qarşıdan gələn həftə Ukraynaya səfər edəcək.

“Report” “CBC” telekanalına istinadən xəbər verir ki, bu barədə Kanadanın Xarici İşlər Nazirliyindən bildirilib.

Məlumatda qeyd olunub ki, rəsmi Ottava Ukraynanın ərazi bütövlüyünü və suverenliyini müdafiə edir.

“Kanada insan hüquqlarının və ukraynalıların şərəfinin müdafiəsi əsasında beynəlxalq miqyasada tərəfdaşları ilə birgə işi davam etdirəcək”, - XİN-dən bildirilib.

M.Jolinin Ukrayna səfəri 6 gün davam edəcək.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Əməkdar artist: "Yoldaşım qırmızı "06"-sına görə məni və övladlarını atdı" - VİDEO

SONRAKI XƏBƏR

"Yuventus" iranlı hücumçu üçün 5 milyon avro təklif edir