Nazirdən nöqsanlara görə işdən çıxarılan rəisin yerinə TƏYİNAT

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

Oxu.Az-ın məlumatına görə, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis mayoru Hüseynov Musa Yusif oğlu Şəmkir Rayon Polis Şöbəsinin tədqiqat bölməsinin baş təhqiqatçı vəzifəsindən azad edilib.

Nazirin əmri ilə o, həmin şöbənin İctimai Təhlükəsizlik Bölməsinə rəis təyin olunub.

Qeyd edək ki, bir müddət əvvəl Şəmkir RPŞ-nin İctimai Təhlükəsizlik Bölməsinin rəisi, polis mayoru Vüqar Məmmədov işində yol verdiyi nöqsanlara görə işdən çıxarılaraq Bərdə Rayon Polis Şöbəsində sahə müvəkkili təyin olunub.

İlhamə Əbülfət

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Rusiyanın 7 regionunun 180 minədək sakini işıqsız qalıb

SONRAKI XƏBƏR

Çində 1 milyard 22 milyondan çox insan peyvənd olunub