"ABŞ Rusiyaya qarşı 18 hərəkət ssenarisi hazırlayıb" - Nuland

"ABŞ Rusiyaya qarşı 18 hərəkət ssenarisi hazırlayıb" -  Nuland

“Co Bayden administrasiyası Rusiyanın Ukraynaya ehtimal edilən müdaxiləsi halında 18 müxtəlif hərəkət ssenarisi hazırlayıb”. AzVision.az xəbər verir ki, bunu Britaniyanın “Financial Times” qəzetində şənbə günü dərc olunan müsahibəsində ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müşaviri Viktoriya Nuland deyib.

"Mən 18 müxtəlif ssenari haqqında danışmaq fikrində deyiləm. Sadəcə onu deyim ki, Rusiya hər hansı aqressiv addım atarsa, biz və müttəfiqlərimiz tezliklə kəskin ağrılar verən cavab tədbirlərinə hazırıq", - diplomat bildirib.

Nuland ABŞ və Avropa ölkələrinin Rusiya Federasiyasına qarşı sanksiyalarının bir-birindən fərqli ola biləcəyini vurğulayıb: "Bəzən nəsə bizim üçün Avropadan daha çətindir, bəzən isə əksinə. Vaşinqton avropalı müttəfiqləri ilə Rusiyanın hərəkətlərinə Qərb dövlətlərinin sakinlərinin maraqlarını nəzərə alan mümkün cavab barədə danışıqlar aparır".

Pərvanə Sultanova

 

Mənbə: azvision.az