Bu ölkədə qarşıdurma humanitar yardımları əngəlləyir - BMT

Bu ölkədə qarşıdurma humanitar yardımları əngəlləyir - BMT

Efiopiyada davam edən münaqişə humanitar yardımın Tiqra əyalətinə çatmasını çətinləşdirir.

Axar.az xəbər verir ki, bunu BMT Baş katibinin sözçüsü Farhan Haq deyib.

“Eyni zamanda, Abala şəhəri ətrafında davam edən qarşıdurmalara görə humanitar yardım fəaliyyətləri dayandırılıb. Ötən ilin 15 dekabr tarixindən bu yana Tiqraya humanitar yardım, son 5 ayda isə yanacaq göndərmək mümkün deyil”, - BMT rəsmisi bildirib.

Qeyd edək ki, ölkədə 1 ildən artıqdır vətəndaş müharibəsi davam edir.

 

Mənbə: axar.az