"Bunu Azərbaycan-Ukrayna Birgə Bəyannaməsində görməkdən məmnun olduq" - Səfirlik

"Bunu Azərbaycan-Ukrayna Birgə Bəyannaməsində görməkdən məmnun olduq" -  Səfirlik

"Azərbaycan kimi ABŞ da Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir". AzVision.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin tvitterdəki paylaşımında qeyd olunub.

"Biz bunun Birgə Bəyannamədə əksini tapmasından məmnun olduq", - səfirlik bəyan edib.

Xatırladaq ki, dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski Birgə Bəyannamə imzalayıblar.

Pərvanə Sultanova

 

Mənbə: azvision.az