Hər bir bənd üzrə ABŞ-dan cavab gözləyirik - Slutski

Hər bir bənd üzrə ABŞ-dan cavab gözləyirik - Slutski

Moskva ABŞ və NATO ilə danışıqların davamını gözləyir.

Axar.az xəbər verir ki, bunu Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Leonid Slutski deyib.

"Rusiya, təbii ki, danışıqların imitasiyasına yox, davam etdirilməsinə ümid edir. Amma hər şeydən əvvəl Moskva təklif olunan hər bir bənd üzrə ABŞ və NATO-dan yazılı cavab gözləyir", - Slutski qeyd edib.

 

Mənbə: axar.az