Çin İrana qarşı tətbiq olunan sanksiyalara qarşıdır

Eastnews.org-un verdiyi xəbərə görə, Çin Xarici İşlər naziri Vanq Yi iranlı həmkarı Əmir Abdullahiyan ilə görüş keçirib.

Bu barədə Çin Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda vurğulanır ki, görüş zamanı Vanq Yi İran İslam Respublikasına qərb dövlətləri tərəfindən tətbiq olunan sanksiyalardan söz açıb.

Vanq Yi qeyd edib ki, Çin hökuməti İran İslam Respublikasına qarşı tətbiq olunan sanksiyalara qarşıdır.

Eastnews.org

ƏVVƏLKİ XƏBƏR

Almanlar getdikcə bahalaşan təbii qaz üçün alternativi günəş enerjisində görürlər

SONRAKI XƏBƏR

Navas bu oyunu buraxacaq