Bizimlə döyüşməyin mümkünsüz olduğunu göstərdiniz - Batya

Bizimlə döyüşməyin mümkünsüz olduğunu göstərdiniz - Batya

Sizin missiyanızın uğurunu rəngli inqilabla mübarizədə effektiv mexanizmin təzahürü kimi qiymətləndirmək olar.

Axar.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko sülhməramlılarla görüşdə deyib.

O, KTMT-nin Qazaxıstandakı əməliyyatının Belarus və Rusiya sərhədlərində müharibəyə hazırlaşanlara bir siqnal olduğunu bildirib:

“Bizimlə döyüşməyin təhlükəli, hətta mümkünsüz olduğunu hamıya göstərdiniz. Bizi məğlub etmək mümkün deyil. Bu, əməliyyatınızın əsas nəticəsidir".

 

Mənbə: axar.az