Jirinovski:"Nazarbayev çoxdan ölüb, basdırıblar..."

Rusiyanın Liberal Demokratik partiyasının rəhbəri Vladimir Jirinovski Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin çoxdan öldüyünü və artıq dəfn edildiyini güman edib. Siyasətçini bu fikrə yönəldən eks-prezidentin uzun müddət ictimaiyyət qarşısına çıxmaması olub. Bu barədə Jirinovski “Komsomolskaya Pravda” radiosunun efirində danışıb.

“Məncə, o, çoxdan ölüb. Çoxdan vəfat edib və basdırılıb. Müsəlmanlar həmin gün dəfn edirlər. Bu cür sakit gizlənmək, heç nə deməmək və həyatda olmaq? Mümkün deyil, bu istisnadır", - Jirinovski fikrini belə izah edib. O, həmçinin əlavə edib ki, Dövlət Təhlükəsizlik Komitəsinin keçmiş sədri Kərim Maksimov Qazaxıstanda dərhal həbs edilib.

Siyasətçi qeyd edib ki, hadisələrin bu cür gedişatı “Şərqdə normal sayılır”. Xalq Nazarbayevə kütləvi şəkildə qarşı çıxdığına görə eks-prezidentdən qurtula da bilərdilər.

Qeyd edək ki, daha əvvəl eyni fikri “Lenta.ru” ilə politoloq, Siyasi Ekspertlər Qrupunun rəhbəri Konstantin Kalaçev da paylaşmışdı. Onun sözlərinə görə, Qazaxıstanın birinci prezidenti Nazarbayevin ölkədəki böhran fonunda susması onun artıq öldüyünü və ya fəaliyyət qabiliyyətini itirdiyini deməyə əsas verir. Ekspert qeyd edib ki, siyasətçinin ölümünün elan edilməsi ölkədə sabitliyi daha da pozacaqdı. Kalaçevin fikrincə, Nazarbayevin vəziyyəti ilə bağlı məsələ yaxın günlərdə bilinəcək.

Virtualaz.org

ƏVVƏLKİ XƏBƏR

Daha bir dərmanın istifadəsi qadağan olunub

SONRAKI XƏBƏR

Paşinyanın “ağ fillər"ini Rusiyaya qaytarmaq təklif olunur MÜHARİBƏDƏ HEÇ BİR İŞƏ YARAMADI, İNDİ DƏ YARAMIR...