Talibandan Çinə: Bizə kömək et, dünyada tanınaq

Talibandan Çinə: Bizə kömək et, dünyada tanınaq

Əfqanıstanın Taliban hökuməti Çinə çağırış edib.

Axar.az xəbər verir ki, Əfqanıstanın daxili işlər naziri vəzifəsini icra edən Siracuddin Hakkani Çinin bu ölkədəki səfiri Vanq Yu ilə görüşündə Taliban hökumətinin dünyada tanınmasını təşviq etməyə çağırıb.

Hakkani həmçinin vurğulayıb ki, ölkəsi dünyaya və qonşu ölkələrə Əfqanıstan ərazisindən heç kimə qarşı istifadə olunmayacağı ilə bağlı verdiyi vədləri yerinə yetirməlidir.

 

Mənbə: axar.az