Qazaryan: “Qarabağdan köçkün düşənlərə qaçqın statusu verilə bilməz”

Qarabağdan, xüsusən də Hadrut və Şuşadan köç etmiş ermənilər uzun müddətdir ki, hökumətdən onlara qaçqın statusu verilməsini tələb edirlər, lakin onların müraciətləri cavabsız qalır. Onlar iddia edirlər ki, dövlət BMT-yə müraciət edə bilər, məsələn, "mənim bu qədər köçkünüm var, o insanların problemlərini həll edə bilmirəm, lütfən köməklik edin” deyə bilər, bu halda kənardan dəstək almaq imkanı yarana bilər. Köçkünlərin bir çoxu hesab edir ki, hökumət xaricdən təzyiq altında onlara qaçqın statusu vermir.

Qaynarinfo xəbər verir ki, Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin Miqrasiya Xidmətinin rəhbəri Armen Qazaryan isə insanların qaçqın statusu almaq üçün müraciət edə biləcəyi prosedurun olub-olmaması ilə bağlı həmin suala cavabında deyib: 

"Qarabağdan köçkün düşənlərə BMT Konvensiyası çərçivəsində qaçqın statusu verilə bilməz, bunun uzun hüquqi izahı var. Konvensiyada belə bir müddəa var ki, əgər onlar təhlükə altında olduqları ərazidən gəlsələr, bu ərazidə onların geri qaytarılması, qovulması təhlükəsi yoxdur, onlar vətəndaşların istifadə etdiyi bütün əsas hüquq və vəzifələrdən istifadə edirlər.

Qaynarinfo.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycanın qlobal əhəmiyyəti böyükdür - Harris

SONRAKI XƏBƏR

Azərbaycanın iki məşhur idmançısı arasında gərginlik