İsrail ABŞ-da sinaqoqda baş verən hadisəni yaxından izləyir

İsrail ABŞ-da sinaqoqda baş verən hadisəni yaxından izləyir

İsrail Dövlətinin Diaspor İşləri üzrə naziri Nachman Shai (Naxman Şey) ABŞ-ın Texas ştatının Kollivill şəhərindəki sinaqoqda naməlum şəxsin insanları girov götürdüyü hadisəni yaxından izlədiyini bildirib.

“Report” xəbər verir ki, nazir vəziyyətin tez bir zamanda həlli üçün dua etdiyi əlavə edib.

“Yəhudi icmasının Texas ştatının Kollivill şəhərində şənbə mərasimləri üçün toplaşdığı Bet-İsrail yığıncağındakı şəxslərin girov götürülməsi ilə bağlı vəziyyəti İsraildən yaxından izləyirəm”, - nazir tviterdə yazıb.

Qeyd edək ki, ABŞ-ın Texas ştatının Kollivill şəhərində silahlı şəxs sinaqoqa gələnləri girov götürüb. O, terrorizmdə təqsirli bilinən bacısının azad edilməsini tələb edir.

Mənbə: report.az