Rusiya Ukrayna ilə sərhəddə “İsgəndər” raketlərini yerləşdirməyə başlayıb – FOTO

Rusiya Ukrayna ilə sərhədində “İsgəndər” raketlərini yerləşdirməyə başlayıb.

Azpost.info bildirir ki, bu barədə Conflict Intelligence Team (CIT) tədqiqat qrupunun materialında bildirilir. Məlumatda qeyd olunur ki, Rusiyanın Cənub hərbi dairəsinin ən azı iki briqadası “İsgəndər” raket komplekslərini qərb istiqamətinə daşıdığı aydınlaşıb.

“11 yanvarda Tvitterdə Uzaq Şərqdə çəkilərək TikTok-da yerləşdirilmiş video yayılıb. Bu videoda 9K720 “İsgəndər-M” operativ-taktiki raket kompleksinin əks olduğu müəyyən edilib”.-deyə bildirilir.

13 yanvarda Sverdlovskda çəkilmiş digər videoda berezent parça ilə üstü örtülmüş maşında bu raketlərin olduğu məlum olub.

Qrupun araşdırmasında deyilir ki, bu texnika Ulan-Udedə yerləşən diviziyanın və Rusiyanın 103 və 107-ci raket briqadasının yerləşdiyi Birobican-2 stansiyasından yola düşüb. “İsgəndər” raketləri ilə təzhiz olunmuş bu qoşunlar Rusiyanın 36 və 35-ci ordusunun tərkibinə daxildir.

Rusiya Müdafiə Nazirliyi isə hərbi hissələrin yerdəyişməsini illik ənənəvi hərbi təlimlərlə bağlı olduğunu bəyan edib.

 

Aqreqator.az

ƏVVƏLKİ XƏBƏR

Ötən il gecikdirilmiş sosial ödənişlər işçilərə ödənilib

SONRAKI XƏBƏR

Bərdədə restoran sahibi həbs edilib