Somalinin paytaxtında güclü partlayış olub, ölənlər var

Somalinin paytaxtında güclü partlayış olub, ölənlər var

Somalinin paytaxtı Moqadişoda güclü partlayış baş verib.

"Report" xəbər verir ki, bu barədə Somalinin "Goobjoog News" xəbər portalı məlumat yayıb.

Partlayış şəhərin mehmanxana və ticarət mərkəzlərinin yerləşdiyi şimal hissəsində qeydə alınıb.

Minalanmış avtomobilin partladılması nəticəsində insan tələfatı və dağıntıların olduğu deyilir.

Mənbə: report.az