Türkiyənin İraqdakı bazasına raket atıldı

Türkiyənin İraqdakı bazasına raket atıldı

İraqın Mosul şəhəri yaxınlığında yerləşən Türkiyə ordusunun hərbi bazası raket atəşinə tutulub.

Axar.az xəbər verir ki, bu barədə “Shafaq nyus” məlumat yayıb.

Məlumata görə, Zlikan hərbi bazasına 3 raket atılıb. Hücum nəticəsində ölən və yaralanan olmayıb.

Türkiyə artilleriyası raketin buraxıldığı ərazini atəşə tutub.

 

Mənbə: axar.az