Almaniya şirkəti Fransa prezidentliyinə namizədin onun adından seçki məqsədilə istifadə etməsinə etirazını bildirib

Almaniya şirkəti Fransa prezidentliyinə namizədin onun adından seçki məqsədilə istifadə etməsinə etirazını bildirib

Paris, 16 yanvar, AZƏRTAC

Almaniyanın “Kärcher” şirkətinin Fransadakı filialı bu ölkənin prezidentliyinə namizədlərdən siyasi debatlarında şirkətin adından istifadə etməyi dayandırmağa çağırıb.

AZƏRTAC xəbər verir ki, “Kärcher” şirkəti mətbuata açıqlamasında fransız siyasətçilərinin onun adından sui-istifadə edilməsini pisləyərək, “şirkətin adının istifadə edilməsinə son qoymağı tələb edib.

Şirkət Fransa prezidentliyinə namizəd Valeri Pekresin bu brenddən dəfələrlə yersiz istifadə etməsinə etirazını bildirib. Mətbuat açıqlamasında şirkət Fransada prezident seçkilərinə namizəd V. Pekresin mətbuata verdiyi müsahibələrdə “Kärcher” brendindən dəfələrlə və yersiz istifadə etməsinə etirazını bildirib. Şirkət bunun onun adına xələl gətirdiyini bildirərək, adının siyasi sahədə istifadə olunmasını dərhal dayandırmağı tələb edib. Şirkət siyasi partiyaların baneri olmadığını, eləcə də bütün siyasi partiya və cərəyanlarla əlaqələndirilməsinə qarşı mübarizə apardığını diqqətə çatdırıb.

“Kärcher” brendi hər hansı siyasi partiyanın “baneri” deyil, “Kärcher” şirkətlər qrupunun eksklüziv mülkiyyətidir. “Kärcher” ticarət nişanı yalnız bu qrupun şirkətlərinin məhsullarını təyin etmək üçün istifadə oluna bilər və olunmalıdır.

Beləliklə, “Kärcher” qrupu müəyyən siyasi xadimlərin onun hüquqlarına hörmətlə bağlı məlumatsızlığından təəssüflənir”, - deyə şirkət mətbuat açıqlamasında vurğulayıb.

Fransa kimi ölkənin prezidentliyini xəyal edən V. Pekres hakimiyyətə gəlmək uğrunda bütün beynəlxalq hüquqları pozmaqda davam edir.

Xatırladaq ki, Pekres seçkilərə namizədliyini elan edəndən beynəlxalq hüququ pozmaqdadır.

Mənbə: azertag.az