Stanislav Zasdan KTMT-nin fəaliyyəti ilə bağlı AÇIQLAMA

Stanislav Zasdan KTMT-nin fəaliyyəti ilə bağlı AÇIQLAMA

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) fəaliyyətində ciddi restrukturizasiyaya ehtiyac yoxdur.

Bizim.Media xəbər verir ki, bunu RT-yə müsahibəsində təşkilatın baş katibi Stanislav Zas deyib.

Təşkilatın sülhməramlı qüvvələrinin Qazaxıstanda vəziyyətin sabitləşdirilməsində iştirakını şərh edən Zas bildirib ki, bu, “hamımız üçün” dərsdir.
“Bir az sonra biz bütün bu prosesi sakit şəraitdə təhlil edəcəyik, özümüz üçün müəyyən nəticələr çıxaracağıq və lazım gələrsə, müəyyən düzəlişlər edəcəyik... Başqa bir sual odur ki, fəaliyyətimizin ciddi şəkildə yenidən qurulmasına ehtiyac görmürəm. Çünki bizim KTMT-də yaratdığımız sistem, o mexanizmlər indi həqiqətən yaxşı işləyir”, - deyə KTMT-nin baş katibi hesab edir.

“KTMT-nin onun məsuliyyət zonasında dominant qüvvə olduğunu söyləmək olarmı?” sualına Zas müsbət cavab verib:

"Bəli, əlbəttə. Üstəlik, qarşıya qoyulan vəzifələrdən biri də ondan ibarətdir ki, biz təhlükəsizlik məsələləri ilə məşğul olan digər strukturlarla, beynəlxalq təşkilatlarla əlaqələri inkişaf etdirməliyik. Düşünürəm ki, bu yolla gedəcəyik".

Eyni zamanda o, KTMT-nin beynəlxalq təşkilatlarla müxtəlif əlaqələrinin olduğunu bəyan edib:

“Elələri var ki, terrorla mübarizə çərçivəsində, məsələn, Şanxay Əməkdaşlıq Təşkilatı ilə faydalı əməkdaşlıq əlaqələri formalaşıb. Bizim ATƏT ilə yaxşı münasibətlərimiz var. Bundan əlavə, BMT ilə ilk növbədə sülhün qorunması və terrorizmlə mübarizə sahəsində işgüzar əlaqələr qurulub”.

Xatırladaq ki, Qazaxıstanda kütləvi etirazlar 2022-ci ilin ilk günlərində başlayıb. Əvvəlcə ölkənin qərbində yerləşən Janaozen və Aktau şəhərlərinin sakinləri maye qazın qiymətinin iki dəfə artırılmasına qarşı çıxıblar, sonra etirazlar digər şəhərlərə yayılıb və siyasi çalarlarla iğtişaşlara çevrilib. Hakimiyyət hadisəni dövlət çevrilişinə cəhd adlandırıb.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasına müraciətindən sonra vəziyyəti normallaşdırmaq üçün ölkəyə kollektiv sülhməramlı qüvvələrin göndərilməsi qərara alınıb, qərarı Ermənistanın baş naziri Nikol Paşinyan KTMT-nin sədri kimi elan edib.

Birinci qrup yanvarın 6-da göndərilib, qüvvələrin yerləşdirilməsi yanvarın 9-da başa çatıb. Və artıq yanvarın 13-də missiya başa çatdıqdan sonra sülhməramlı qüvvələrin mərhələli şəkildə çıxarılmasına başlanılıb, proses ümumilikdə 10 gün davam edəcək.

KTMT-yə Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan daxildir.

Bizim.Media

Mənbə: bizim.media