Co Bayden mənim illərlə etdiklərimi edir

Co Bayden mənim illərlə etdiklərimi edir

ABŞ və Rusiya arasında dialoqa cəhdi alqışlayıram.

Axar.az xəbər verir ki, bu sözləri Fransa lideri Emmanuel Makron Ukrayna krizisi fonunda danışarkən deyib.

“ABŞ bu gün mənim neçə illərdir etdiklərimi edir: onlar ruslarla danışırlar. Bu, yaxşı xəbərdir. Asandırmı? Yox. Mən heç vaxt bunun asan olduğunu deməmişəm, ABŞ Prezidenti Bayden də... Bu, vacibdirmi? Heç vaxt olmadığı qədər vacibdir. Əgər biz hamını narahat edən və bizim kollektiv təhlükəsizliyimizlə bağlı status-kvonu saxlamaq istəmiriksə...” – Makron bildirib.

O qeyd edib ki, Fransa və Almaniya Minsk razılaşmaları üzrə Rusiya və Ukrayna arasında həmişə “dialoq ruhunda” danışıqlar aparıblar.

 

Mənbə: axar.az