Ukrayna kiberhücumun arxasında Rusiyanın olduğunu açıqladı

Ukraynanın Rəqəmsal İnkişaf Nazirliyi hökumət saytlarına edilən kiberhücumların arxasında Rusiyanın olduğunu bildirib.

Paralel.az xəbər verir ki, nazirliyin yaydığı məlumata görə, hər şey ölkənin dövlət qurumlarının internet saytlarına edilən son kiberhücumlarda Rusiya Federasiyasının əlinin olduğuna işarə edir.

Ukrayna Təhlükəsizlik Şurası və ölkənin Milli Polisi əvvəllər dövlət qurumlarının saytlarına kiberhücum faktı ilə bağlı cinayət işi açıb və araşdırma aparır. Ölkənin hüquq-mühafizə orqanları da bu işdə Rusiyanın əli olduğunu iddia edib.

Nazirlik əhalini panikaya düşməməyə çağırıb: “Bütün şəxsi məlumatlar dövlət reyestrlərində etibarlı qorunur”.

Qeyd edək ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov CNN telekanalına müsahibəsində Ukrayna dövlət qurumlarının internet saytlarına son kiberhücumlarla bağlı Rusiyaya qarşı ittihamları əsassız adlandırıb. Peskov vurğulayıb ki, bu, Rusiya Federasiyasına qarşı “daha bir əsassız ittihamdır”.

Paralel.az

ƏVVƏLKİ XƏBƏR

Baydeni Rusiyaya görə pis qış gözləyir - Blumberq

SONRAKI XƏBƏR

"Ronaldo kimi qol vuran hücumçumuz yoxdur"