İncədən CHP-yə: Ərdoğan soruşsa, nə cavab verəcəksən?!

İncədən CHP-yə: Ərdoğan soruşsa, nə cavab verəcəksən?!

Cümhuriyyət Xalq Partiyası (CHP) rəhbərlərinin tək istəyi vəzifə ələ keçirməkdir.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin Məmləkət Partiyasının rəhbəri Məhərrəm İncə deyib.

“Müxalifət növbədənkənar seçkilərin keçirilməsini istəyir, amma daxildəki qurultayı 1 il təxirə salır. Belə düşüncə tərzi ola bilərmi?! Ərdoğan sənə (CHP lideri Kamal Kılıçdaroğlu - red.) desə ki, nə üçün təxirə saldın, sən də deyəcəksən ki, seçki var deyə etdim. O zaman Ərdoğan da desə ki, mən də 2023-cü ildə deyil, 2024-cü ildə seçkilər keçirəcəyəm. O zaman sən nə cavab verəcəksən?!”, - deyə İncə Ərzurumda çıxışında bildirib.

O, CHP rəhbərliyinin partiya üzvü olan deputatın terrorçularla foto çəkdirməsini qınamadığını söyləyib:

“Müxalifət hər şeyi görməzdən gəlir. Ancaq səs toplamaq dərdləri var"

Mənbə: axar.az