Bennet sinaqoqa hücumdan danışdı

Bennet sinaqoqa hücumdan danışdı

ABŞ-ın Texas ştatında sinaqoqa hücum antisemitizmin qara qüvvələrinin hələ də mövcudluğunu xatırladır. Biz bununla mübarizə aparmaq üçün hər şeyi etməliyik və edəcəyik.

Axar.az xəbər verir ki, bu sözləri İsrail Baş naziri Naftali Bennet deyib.

Baş nazir sinoqoqda saxlanılan girovların azad edilməsinə görə ABŞ hüquq-mühafizə orqanlarına təşəkkürünü bildirib.

Qeyd edək ki, Texas ştatının Kollivil şəhərində naməlum silahlı şəxs sinaqoqda ziyarətçiləri girov götürmüşdü.

 

Mənbə: axar.az