Finlandiya və Fransa prezidentləri Ukrayna məsələsini müzakirə ediblər

Finlandiya və Fransa prezidentləri Sauli Niinistö və Emmanuel Makron arasında telefon danışığı olub.

“Report” xəbər verir ki, bu barədə Finlandiya liderinin ofisinin bəyanatında deyilir.

Məlumata görə, liderlər telefon danışığı zamanı Ukrayna ətrafındakı vəziyyəti və bununla bağlı Avropa təhlükəsizliyini müzakirə ediblər. Dövlət başçıları Rusiya ilə dialoqun vacibliyini vurğulayıblar.

"Prezidentlər Ukrayna sərhədlərindəki mövcud vəziyyəti və Avropanın təhlükəsizliyi ilə bağlı vəziyyəti müzakirə ediblər. Hər iki tərəf Rusiya ilə dialoqun vacibliyini vurğulayıb. Müzakirələr zamanı Avropanın səsinin aydın şəkildə eşidilməsi son dərəcə vacibdir", - bəyanatda deyilir.

Qeyd olunur ki, Finlandiya Prezidenti də Fransanın Avropa İttifaqına sədrliyi fonunda Makronun fəaliyyətini dəstəkləyib. Bundan əlavə, liderlər Avropa İttifaqı çərçivəsində təhlükəsizlik sahəsində əməkdaşlığı və ABŞ ilə yaxın əlaqələri müzakirə ediblər.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Renat 90 dəqiqə oynadı

SONRAKI XƏBƏR

ABŞ prezidenti Texasda sinaqoqda girov götürülməsini "terror aktı" adlandırıb