BMT: Yəməndə milyonlarla qaçqın aclıqla üzləşib

BMT: Yəməndə milyonlarla qaçqın aclıqla üzləşib

Yəməndə milyonlarla qaçqın ərzaq yardımı kəsildiyi üçün artan qıtlıqla üzləşir.

"Report" xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) tviterdə məlumat yayıb.

Hesabatda bildirilir ki, ölkədəki qaçqınların yarıdan çoxu, təxminən 4 milyon insan, qidaya ciddi ehtiyac olan ərazilərdə yaşayır.

Bu ayın əvvəlində BMT Yəmənin mühüm humanitar yardım proqramlarından bəzilərinin maliyyə çatışmazlığı səbəbindən dayandırıldığını açıqlayıb.

2014-cü ilin avqustundan Yəməndə hökumət qüvvələri ilə husilərin silahlı birləşmələri arasında qarşıdurma davam edir. Münaqişə dünyanın ən böyük humanitar böhranına səbəb olub. BMT-nin məlumatına görə, 24 milyondan çox yəmənli - ölkə əhalisinin təxminən 80%-i humanitar yardıma ehtiyac duyur, məcburi köçkünlərin sayı isə 3 milyonu ötüb.

Mənbə: report.az