Şimali Koreya eyni vaxtda iki ballistik raket atıb

Şimali Koreyanin Yapon dənizi istiqamətində eyni vaxtda iki qısa mənzilli ballistik raket atdığı ehtimal olunur.

Trend-in məlumatına görə, bu barədə Cənubi Koreya Baş Qərargah Rəisləri Komitəsi xəbər verib.

Məlumata əsasən, raket buraxılışı Pxenyan yaxınlığındakı Sunan Beynəlxalq Hava Limanı ərazisindən həyata keçirilib.

 

Əlavə məlumat verilməyib.

Bu, Şimali Koreyanın ilin əvvəlindən bəri dördüncü raket buraxılışıdır.

Trend.az

ƏVVƏLKİ XƏBƏR

Rusiyaya bu sanksiya bütün dünya üçün atom bombasıdır

SONRAKI XƏBƏR

Şahzadə Harri Böyük Britaniya hökumətini məhkəməyə verir