Nazarbayevin kürəkəni Milli Sahibkarlar Palatasının rəhbəri vəzifəsindən istefa verib

Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayevin ortancıl qızı Dinaranın əri Timur Kulibayev “Atameken” Milli Sahibkarlar Palatasının rəyasət heyətinin sədri vəzifəsindən istefa verdiyini açıqlayıb.

Bu barədə “Report” “RİA Novosti”yə istinadən xəbər verir.

“Bu gündən etibarən “Atameken” Milli Sahibkarlar Palatasının rəyasət heyətinin sədri vəzifəsindən istefa vermək qərarına gəldim”, - o bildirib.

Kulibayev həmkarlarına birgə fəaliyyətlərinə görə təşəkkür edib və nəticələrinə yekun vurub. O, istefasının səbəbini açıqlamayıb.

T.Kulibayev və həyat yoldaşı ölkənin ən böyük Qazaxıstan Xalk Bankının sahibləridir.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Anar Bağırov Ədliyyə Nazirliyinin rəsmisinə cavab verdi

SONRAKI XƏBƏR

Rusiyaya bu sanksiya bütün dünya üçün atom bombasıdır