Litvanın XİN rəhbəri Bağdada səfər edib

İraq hakimiyyəti Belarus və Litva arasında sərhəd bölgəsində olan 4 minə yaxın iraqlını vətənlərinə qaytarıb.

Bu barədə İraqın xarici işlər naziri Fuad Hüseyn Bağdada səfər edən Litvanın xarici işlər naziri Qabrielius Landsbergis ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.

"Avropa İttifaqı, o cümlədən Litva ilə əməkdaşlıq edərək, biz [İraq hökuməti] Belarus-Litva sərhəddində olan 4000-ə qədər iraqlı miqrantı öz vətənlərinə qaytara bildik", - Fuad Hüseyn bildirib.

O, əlavə edib ki, bu şəxslərin hamısı 10 reyslə İraqa aparılıb.

Bağdada gələn Litvanın xarici işlər naziri Qabrielius Landsbergis ilə birgə mətbuat konfransında danışan Hüseyn bildirib ki, Bəzi miqrantların hələ də Litva ilə həmsərhəd bölgədə olduğuna və İraq rəsmilərinin könüllü olaraq İraqa qayıtmaq qərarını gözlədiyinə"

Öz növbəsində, Litva Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib ki, Bağdad və Vilnüs arasında “[qeyri-qanuni] miqrasiyanın dayandırılmasına yönəlmiş müəyyən əməkdaşlıq sahəsi [yaradılacaq]”.

Landsbergis İraqa, miqrasiyanı məhdudlaşdırmaq üçün Belarusa uçuşları dayandıran ilk ölkə” olduğuna görə təşəkkür edib.

Litvanın xarici işlər naziri İraqa səfəri zamanı baş nazir Mustafa əl-Kazimi ilə də görüşməyi planlaşdırır.

2021-ci il ərzində Litva-Belarus sərhədində Asiya və Afrikadan olan 4000-dən çox qeyri-qanuni mühacir saxlanılıb ki, bu da bir il əvvəlkindən 50 dəfə çoxdur.

Onların arasında İraq vətəndaşları üstünlük təşkil edib, onlardan 2858-i qanunu pozanlar olub.

2021-ci ilin avqust ayından Litvanın sərhədçiləri və hüquq-mühafizə orqanları sərhədi keçməyə çalışan qeyri-qanuni mühacirləri Belarusa geri göndərməyə başlayıb.

REAL

 

Realtv.az

ƏVVƏLKİ XƏBƏR

Amsterdamda karantin əleyhinə traktorlu aksiya - Video

SONRAKI XƏBƏR

Türkiyədə ləğv edilən daxili uçuşlarda PCR testi tələbi bərpa olundu