Bu, Ukraynaya böyük hücumun başlanğıcıdır!

Bu, Ukraynaya böyük hücumun başlanğıcıdır!

Ukraynanın hökumət saytlarına qarşı kiberhücum ölkəyə qarşı genişmiqyaslı hücuma hazırlığın elementlərindən biri ola bilər.

Axar.az xəbər verir ki, bu sözləri öz Tvitter səhifəsində İsveçin keçmiş xarici işlər naziri Karl Bildt paylaşıb.

Kiberhücum barədə danışan siyasətçi bildirib ki, bu, ciddi hadisədir:

“Göründüyü kimi, Ukraynaya qarşı edilən kiberhücum bütün sistemləri az və ya çox dərəcədə məhv edəcək zərərli proqram təminatının quraşdırılması məqsədi daşıyıb.

Avropa ötən əsrin 60-cı illərindən daha təhlükəli vəziyyətlə üzləşib. Ukraynaya son kiberhücum bu ölkəyə genişmiqyaslı hücum planı mənzərəsini tamamlayır”.

 

Mənbə: axar.az