Qazaxıstanın Baş naziri BƏƏ-nin Baş nazir müavini ilə telefonla danışıb

Qazaxıstanın Baş naziri Əlixan İsmayılov və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Baş nazirinin müavini Şeyx Mənsur bin Zayed Əl Nəhyan arasında telefon danışığı olub.

“Report” xəbər verir ki, bu barədə Qazaxıstanın Nazirlər Kabineti məlumat yayıb.

Bildirilib ki, şeyx yanvar hadisələri zamanı həlak olan qazaxların ailələrinə başsağlığı verib, bütün Qazaxıstan xalqına sülh və firavanlıq diləyib.

Tərəflər strateji tərəfdaşlıqlarını daha da gücləndirmək niyyətində olduqlarını bəyan ediblər.

Ə.İsmayılov qeyd edib ki, BƏƏ Qazaxıstanın ərəb dünyasında mühüm ticarət-iqtisadi tərəfdaşıdır.

Qeyd edək ki, son günlər mətbuatda Qazaxıstanın birinci Prezidenti - Elbası Nursultan Nazarbayevin ölkəsini tərk edərək BƏƏ-nin Dubay şəhərinə getməsi barədə məlumat yayılıb.

Report.az

ƏVVƏLKİ XƏBƏR

SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodu yeni müqavilələr imzalayıb

SONRAKI XƏBƏR

Onlar "YouTube"dan milyonlarla dollar qazanıb - SİYAHI