Azərbaycan və Həştərxan yük gəmiləri və tankerlər inşa olunması perspektivlərini müzakirə edirlər

Azərbaycan və Həştərxan yük gəmiləri və tankerlər inşa olunması perspektivlərini müzakirə edirlər

Azərbaycan və Həştərxan iki yük gəmisi və iki tanker inşa olunması perspektivlərini müzakirə edirlər.

AZƏRTAC xəbər verir ki, Həştərxan qubernatoru İqor Babuşkin bu barədə RF Prezidenti Vladimir Putini məlumatlandırıb.

Qubernator qeyd edib ki, Azərbaycan, Qazaxıstan və Türkmənistan öz sifarişlərinin Həştərxan gəmiqayırma zavodlarında yerləşdirilməsində maraqlıdırlar.

“Xəzər dənizi ilə kruiz reyslərinin təşkil edilməsi qonşularımızın böyük marağına səbəb olur. Söhbət Həştərxan, Atırau, Türkmənbaşı və əlbəttə, Bakı limanından gedir. Gəmiqayırma məsələsinə gəldikdə, qonşularımız öz sifarişlərini bizim tərsanələrdə yerləşdirməyə maraq göstərir”, - deyən İ.Babuşkin daha sonra əlavə edib ki, hazırda Həştərxan tərsanələrində iki yük gəmisi və iki tanker inşa olunması perspektivi Azərbaycanla müzakirə edilir.

Fəridə Abdullayeva

Mənbə: azertag.az