Şimali Makedoniyada yeni koalisiya hökuməti təsdiqlənib

Şimali Makedoniya parlamenti Baş nazir Dimitar Kovaçevskinin rəhbərlik etdiyi yeni koalisiya hökumətini təsdiqləyib.

AZƏRTAC “Euronews”a istinadla xəbər verir ki, yeni Nazirlər Kabinetinə Sosial Demokratlar Partiyası rəhbərlik edəcək. Bu qərar Şimali Makedoniyanın 120 nəfərlik parlamentində keçirilən səsvermədə təsdiqlənib.

Oktyabr ayında keçirilən seçkilərdə ağır məğlubiyyətə uğrayan sabiq Baş nazir Zoran Zaev istefa verib. Onu COVID-19 pandemiyası və enerji qiymətlərindəki kəskin artımlar zamanı Şimali Makedoniyanın iqtisadi etibarsızlığı ilə mübarizə aparacağını vəd edən sabiq maliyyə nazirinin müavini Dimitar Kovaçevski əvəzləyəcək.

Qeyd edək ki, hökumət sabiq Baş nazir Zoran Zaevin istefasından sonra baş verən iki aylıq siyasi böhran nəticəsində yenidən formalaşıb.

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Bakının bu rayonunda yaşayış binaları sökülür - FOTOLAR

SONRAKI XƏBƏR

Kreml rəsmisindən sərt reaksiya - VİDEO