Kreml rəsmisindən sərt reaksiya - VİDEO

Kreml rəsmisindən sərt reaksiya - VİDEO

“Rusiya NATO-nun Ukraynaya müdaxiləsinə daha dözə bilmir”.

Bunu Rusiya Prezidenti Vladimir Putunun mətbuat katibi Dmitri Peskov CNN-ə müsahibəsində deyib.

O hesab edir ki, NATO-nun Ukraynadakı hazırkı fəaliyyəti “Avropada sabitlik və təhlükəsizliyə real təhlükədir:

“Biz NATO-nun hərbi infrastrukturunun Ukrayna ərazisinə irəliləməsi, müdafiə və hücum silahlarının tədarükü və Ukrayna ərazisinə daxil olduğunu görürük. Hadisələrin bu inkişafı Moskva ilə Kiyev arasında münasibətləri “qırmızı xətt”ə gətirib çıxarıb və Rusiya artıq buna dözə bilmir.

Kremlin sözçüsü ABŞ-ın NATO-nu şərqə doğru genişləndirməmək üçün necə zəmanət verdiyini xatırladıb. Bildirib ki, Rusiya Ukraynadakı vəziyyətə görə heç kimi hərbi əməliyyatla hədələmir:

“NATO-nun heç vaxt hərbi və siyasi infrastrukturunu şərqə doğru genişləndirməyəcəyinə zəmanət var idi. Təəssüf ki, o vaxtdan bəri bunun əksi baş verdi və NATO-nun hərbi infrastrukturu getdikcə Rusiya Federasiyasının sərhədlərinə yaxınlaşmağa başladı. Birləşmiş Ştatlar müxtəlif silah sistemləri, müxtəlif buraxılış sistemləri və sairələri “hər il sərhədlərimizə daha da yaxınlaşdırmağa” doğru gedir. Bütün bunlar elə bir vəziyyətə gətirib çıxardı ki, biz bununla təhdid hiss etməyə başladıq və milli təhlükəsizliyimiz təhdid edildi”.

Dmitri Peskov hesab edir ki, NATO sülh və sabitlik göyərçini yox, qarşıdurma vasitəsidir. Bundan başqa, Kreçlin sözcüsü Donbassda və ümumilikdə Ukraynada Rusiya hərbçilərin olmadığını, onların yalnız öz ərazilərində yerləşirildiyini bildirib:

“Heç kim heç kimi hərbi əməliyyatla hədələmir. Bunu etmək dəlilik olardı. Lakin biz cavab tədbirləri görməyə hazır olacağıq. Rus qoşunları Ukrayna sərhədləri yaxınlığında, lakin “gərgin vəziyyətə və NATO-nun hərəkətlərinə görə Rusiya ərazisindədir. "Biz çox gərgin vəziyyətə görə orada qoşun saxlamağı zəruri hesab edirik. Regionda NATO təyyarələrinin uçuşları müşahidə olunur və alyansın infrastrukturu Rusiya sərhədlərinə doğru irəliləyir. “Biz cavab verməliyik, ehtiyat tədbirləri görməliyik, buna görə ordumuz bizim ərazimizdədir”.

Rusiya rəhbərliyinə qarşı sanksiyalara gəlincə, Peskov müsahibəsində deyib ki, bu, bizim anlayışımızdan kənardır. ABŞ-da təklif edilən yeni məhdudiyyətlər, bu cür sanksiyalar ölkələrimiz arasında istənilən münasibətlərin dayandırılmasına gətirib çıxara bilər ki, bu da maraqlarımıza uyğun deyil.

Mənbə: www.realtv.az