NATO-nun hərbi yardımına ümid etmirik, ancaq... - Ukrayna

NATO-nun hərbi yardımına ümid etmirik, ancaq... - Ukrayna

Ukrayna NATO-nun hərbi deyil, siyasi yardımına ümid edir.

Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı deyib.

"NATO təkcə hərbi deyil, həm də siyasi alyansdır. Başa düşürəm ki, Ukrayna ərazisində hərbi yardım almaq və ya onların hərbçilərini əməliyyatlara cəlb etmək mümkün deyil. Bunu hamı başa düşür, nəinki hərbçilər. Ümidimiz NATO-nun siyasi təsirinə bağlıdır. Qalanları üçün biz öz gücümüzə güvənirik", - Zalujnı bildirib.

 

Mənbə: axar.az