Poroşenkonun tərəfdarları məhkəmədən çıxışı bağladılar

Poroşenkonun tərəfdarları məhkəmədən çıxışı bağladılar

Ukraynanın beşinci prezidenti Pyotr Poroşenko hava limanında süni qalmaqal yaratmağa və vətəndaş qarşıdurması yaratmağa cəhd edib.

Axar.az xəbər verir ki, bu barədə Ukraynanın Xalqın Qulluqçusu Partiyasının mətbuat katibi Yuliya Paliyçuk məlumat verib.

Son məlumatlara əsasən, Poroşenkonun tərəfdarları Kiyevin Peçerski Rayon Məhkəməsindən çıxışı bağlayıblar.

Qeyd edək ki, bu gün Kiyevə qayıdan Poroşenko barəsində dövlətə xəyanət maddəsi üzrə həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətə baxılacağı gözlənilir.

 

Mənbə: axar.az