Bu nazirliklərdə yoxlamalar aparılacaq - RƏSMİ

Hesablama Palatası tərəfindən 2022-ci ildə Mədəniyyət Nazirliyində və Gənclər və İdman Nazirliyində audit aparılacaq.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Hesablama Palatasından bildirilib.

Qeyd edilib ki, 2021-ci ilin 24 dekabr tarixində Hesablama Palatasının kənardövlət maliyyə nəzarəti tədbirlərini, eləcə də cari fəaliyyətini əhatə edən 2022-ci il üçün İş Planı təsdiq edilib və cari ildə Mədəniyyət Nazirliyində və Gənclər və İdman Nazirliyində audit aparılması nəzərdə tutulur.

Demokrat.az

ƏVVƏLKİ XƏBƏR

Bakıda polis toqquşan maşınların arasında qaldı - VİDEO

SONRAKI XƏBƏR

"Telegram" çökdü: Bu ölkələrdən mesaj göndərmək olmur