Mişanın tərəfdarları nazirə şərt qoydular: Bunu etməsən...

Mişanın tərəfdarları nazirə şərt qoydular: Bunu etməsən...

Bu gün Gürcüstan Ədliyyə Nazirliyinin qarşısında eks-prezident Mixail Saakaşviliyə dəstək aksiyası keçirilib.

Axar.az xəbər verir ki, aksiya “Mişa sektoru” tərəfindən təşkil olunub.

Etirazçılar ədliyyə naziri Rati Breqadze ilə görüş tələb ediblər.

Onlar Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşviliyə qarşı qeyri-insani rəftarlar olduğunu, hazırda onun səhhətindən isə xəbərdar olmadıqlarını bildiriblər.

Etirazçılar qeyd ediblər ki, şəxsi həkimi və həkimlər şurasının üzvləri Saakaşvili ilə görüşə buraxılmır.

Etirazçılar ədliyyə nazirinə iki gün vaxt veriblər və şəxsi həkim və həkimlər şurasının üzvlərini iki gün ərzində Saakaşvilinin yanına buraxmasalar, daimi mitinqlərə başlayacaqlarını bildiriblər.

Mənbə: axar.az